Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əliyev Kərim Qeytətxan oğlunun əziz xatirəsi anılıb

05 noyabr 2026 | 17:14

Vətən müharibəsi şəhidi Əliyev Kərim Qeytətxan oğlunun əziz xatirəsi anılıb.

Anım mərasimində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayonun idarə və müəssisələrinin rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

İlk olaraq şəhid Əliyev Kərim Qeytətxan oğlunun məzarı ziyarət olunub. Məzarın üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra şəhidin ailəsi tərəfindən ehsan süfrəsi təşkil olunub. Ehsan mərasimində şəhidimizin Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqdan, döyüş yolundan və şərəfli həyatından söz açılıb.

Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, ailələrinə diqqət və qayğı göstərilməsi hər birimizin mənəvi borcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər