Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

28 iyun 2022 | 17:17

28 iyun 2022-ci il tarixində rayonun Sitalçay kənd sakini, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Ağaəhmədov Elnur Fəxrəddin oğlunun doğum günü şəhidin məzarı önündə, rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, kənd sakinləri və şəhidin ailə üzvləri ilə birlikdə qeyd olundu. Rayon İcra Hakimiyyəti başçısı cənab Xəzər Aslanov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuzun, qəhrəman oğullarımızin qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyini qeyd etmişdir. Anım mərasiminin iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd etdilər. Şəhidin məzarı üzərinə tər güllər düzüldü, ruhuna dualar oxundu.

 

 

Keçidlər