Vətən müharibəsində qəhrəmancasına şəhid olan İsayev Alik Şakir oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il ötür.
24 oktyabr 2022 | 11:36
24 oktyabr 2022-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn Xızı şəhər sakini İsayev Alik Şakir oğlunun anım mərasimi keçirilmişdir. Mərasimdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.