Xızı Rayon Heydər Əliyev Mərkəzində “Dünyamızı qoruyaq” adlı sərgi təşkil olunub.
06.12.2024-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi ilə bağlı “Dünyamızı qoruyaq” adlı sərgi təşkil olunub. Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tünzalə İmranova, Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov, R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov, Xızı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva və digər tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini bildirərək balaca rəssamlarımızı təbrik etdilər.
Daha sonra sərgiyə baxış keçirildi. Sərgidə nümayiş olunan kompozisiyalarda “Yaşıl dünya”, “Şuşa qalası” və "Dəmir yumruq" öz əksini tapmışdır. Sonda şagirdlər fəal iştirakına görə təşəkkürnamə ilə qiymətləndirildi.