Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir təşkil olunmuşdur.

14 aprel 2023 | 15:04

  14 aprel 2023-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının, Xızı Rayon Gənclər və İdman İdarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Xızı rayon bölməsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

     Tədbirdə ilk  öncə, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması və inkişaf etdirilməsi yolunda yorulmaz fəaliyyəti, onun müdrik siyasəti və dönməz əqidəsindən, Azərbaycan tarixinin parlaq səhifəsinin – milli intibahın yaradıcısı olan Ulu Öndərin misilsiz xidmətlərindən bəhs etmişdir.

    Ümummilli Lider Heydər Əliyevin tarixi uzaqgörənliyi sayəsində müasir müstəqil Azərbaycan dövlətinin qurulması, çiçəklənməsi, ordu quruculuğu və nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması sahəsində əldə olunmuş nailiyyətlər, eyni zamanda ölkəmizdə demokratikləşmə və azərbaycançılıq ideologiyasının formalaşması  istiqamətində uğurlu addımlarından bəhs edən geniş çıxışlar dinlənilmişdir.

    Tədbirin sonunda  Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilmişdir.

Keçidlər