Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi həsr olunmuş "Heydər Əliyev uşaqların gözü ilə" adlı sərgi təşkil olunub.

23 noyabr 2023 | 15:02

23.11.2023-cü il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi həsr olunmuş "Heydər Əliyev uşaqların gözü ilə" adlı sərgi təşkil olunub. Xızı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Abdulla Hüseynov, Abşeron- Xızı Regional Mədəniyyət İdarəsi Xızı rayonu üzrə nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov, Yeni Azərbaycan Partiyasının Xızı təşkilatının sədri Ayaz Quliyev, R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov və digər tədbir iştirakçıları əvvəlcə mövzu ilə bağlı öz fikirlərini bildirib, daha sonra sərgiyə baxış keçirdi. Sərgidə nümayiş olunan kompozisiyalarda Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Şuşa qalası və "Dəmir yumruq" öz əksini tapmışdır. Sonda şagirdlər fəal iştirakına görə təşəkkürnamə ilə qiymətləndirildi.

Keçidlər