Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

15 noyabr 2023 | 16:55

15 noyabr 2023-cü il tarixində Xızı Rayon İcra Hakimiyyəti və YAP Xızı rayon təşkilatı tərəfindən gənclərin  iştirakı ilə Xızı  Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

    Əvvəlcə Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

   Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında  fəal iştirakı ilə seçilən bir qrup gənc təşəkkürnamə ilə təltif olundu.

Keçidlər