Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayon Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilmişdir.

14 mart 2024 | 15:31

     Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində 14.03.2024-cü il tarixində Xızı rayon Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilmişdir.

     Aksiyada Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamaq, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

     Xızı rayonunda keçirilmiş aksiyada 400 ədəd həmişəyaşıl  tuya və sərv ağacları əkilmiş, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. Ağacəkmə aksiyasında 80 nəfər iştirak etmişdir.

Keçidlər