Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayon Heydər Əliyev Parkında  "Gənclər üçün-Oxu günü" adlı mütaliə günü keçirilib.

22 iyul 2024 | 15:06

Ölkədə ilk mətbu orqanın, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycan Milli Mətbuat Günü kimi qeyd olunur. Bu münasibətlə Xızı Rayon İcra Hakimiyyəti və Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 22 iyul 2024-cü il tarixində Xızı rayon Heydər Əliyev Parkında  "Gənclər üçün-Oxu günü" adlı mütaliə günü keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin mətbu orqanlara, həmçinin müxtəlif məzmunlu kitablara marağının artırılması və mütaliə vərdişlərinin inkişafına töhfə verməkdir.

Keçidlər