Xızı Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Qurban bayramı münasibətilə Qarabağ müharibəsi əlilləri, Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılmışdır.
25 iyun 2023 | 17:18
Xızı Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Qurban bayramı münasibətilə Qarabağ müharibəsi əlilləri, Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və aztəminatlı ailələrə 72 pay bayram sovqatı paylanılmışdır. Bayram payı alan şəhid ailələri, qazilər və aztəminatlı ailələr bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişdirlər.