Xızı Rayon İcra Hakimiyyətində “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib.
07 mart 2025-ci il tarixdə Xızı Rayon İcra Hakimiyyətinin xanım əməkdaşları, rayonun təhsil, səhiyyə və digər sahələrini əhatə edən idarə,müəssisə və təşkilatlarını, həmçinin ictimai birlikləri təmsil edən qadınların iştirakı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov və Xızı Rayon İcra Hakimiyyəti Həmkarlar İttifaqının sədri Şahin Musayev bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırmış, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığı, müstəqil Azərbaycanın bugünkü ictimai-siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrultduqları qeyd edilib.
Sonda xanımlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.