Xızı Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulunu Baxışlı kənd sakinləri ilə keçirib.
19 aprel 2024 | 14:05
19 aprel 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Baxışlı kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kənd sakinlərini narahat edən problemlər dinlənilib. Hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verilib, onların icrası nəzarətə götürülüb.