Xızı Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulunu Fındığan kəndində keçirib.
02 avqust 2024 | 16:54
02 avqust 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Fındığan kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov qəsəbə sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.