Xızı Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulunu Tıxlı kəndində keçirib.
12 iyun 2024 | 15:39
12 iyun 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Tıxlı kənd sakinləri ilə keçirib.
Tıxlı kəndində keçirilmiş səyyar qəbulda Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və Millət vəkili Müşfiq Məmmədli iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov kənd sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.