Xızı Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulununu Ağdərə kənd sakinləri ilə keçirib.
13 iyun 2024 | 16:35
13 iyun 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Ağdərə kənd sakinləri ilə keçirib.
Ağdərə kəndində keçirilmiş səyyar qəbulda Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Millət vəkili Müşfiq Məmmədli,Xızı rayon prokuroru Xəyalə Aslanova iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov kənd sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.