Xızı Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulununu Qasımkənd kənd sakinləri ilə keçirib.
20 iyun 2024 | 16:46
20 iyun 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Qasımkənd kənd sakinləri ilə keçirib.
Qasımkənd kəndində keçirilmiş səyyar qəbulda Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Millət vəkili Müşfiq Məmmədli,Xızı rayon prokuroru Xəyalə Aslanova iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov kənd sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.