Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov növbəti səyyar qəbulunu Baxışlı kəndində keçirib.
18 yanvar 2024 | 14:28
17 yanvar 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Baxışlı kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov kənd sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.