Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov növbəti səyyar qəbulunu Tıxlı kəndində keçirib.
07 mart 2024 | 12:27
07 mart 2024-cü il tarixində təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbul Tıxlı kənd sakinləri ilə keçirib.
Səyyar qəbulda Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kənd sakinlərini narahat edən problemlər dinlənilib. Hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verilib, onların icrası nəzarətə götürülüb.