Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov növbəti səyyar qəbulunu Yeni Yaşma kəndində keçirib.
08 may 2024 | 12:15
08 may 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Yeni Yaşma kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kənd sakinlərini narahat edən problemlər dinlənilib. Hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verilib, onların icrası nəzarətə götürülüb.