Xızı Rayon Mərkəzi Xəstəxanasında talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.
31 yanvar 2025 | 17:01
31.01.2025-ci il tarixində Xızı Rayon Mərkəzi Xəstəxanasında talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Xızı Rayon İcra Hakimiyyəti, təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilatların nümayəndələri, könüllülər iştirak ediblər. Onlar əvvəlcə tibbi müayinədən keçiblər. Sonra "Respublika Qan Bankı" publik hüquqi şəxsin həkim briqadası donorlardan qan götürüb.