Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonu Sitalçay kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılan "Şəhidlər bulağı" abidə kompleksinin açılışı mərasimi keçirilmişdir.

05 sentyabr 2022 | 16:23

Bu gün Xızı rayonu Sitalçay kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Vətən övladlarının xatirəsinə ucaldılan "Şəhidlər bulağı" abidə kompleksinin açılışı mərasimi keçirilmişdir. Yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Ağaəhmədov Elnur Fəxrəddin oğlu, Məcidov Rafiq Rasim oğlu və Birinci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan İbrahimov Mirzə Qəzənfər oğlu, Allahverdiyev Nicat Xələf oğlu və Ələkbərov Əliabbas Cabmirzə oğlunun xatirələri əbədiləşdirilmişdir. Mərasimdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Xızı Rayon Təşkilatının sədri, şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı zəfərdən, hərbiçilərimizin döyüşlərdə göstədiyi qəhrəmanlıqdan danışıblar.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızın xatirəsi daim yaddaşlarda qalacaq. "Məhz onların göstərdiyi şücaət nəticəsində torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində böyük qələbəni qazandı. Şəhidlərimizin qanı yerdə qalmadı.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, və "Şəhidlər bulağı" abidəsinin ucaldılmasında zəhməti olan şəxslərə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildirdilər. Sonda  məktəblilərin ifasında şeirlər dinlənilmişdir.

Keçidlər