Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə tədbir keçirilib.

31 may 2023 | 16:49

Xızı Rayon İcra Hakimiyyətinin və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin birgə təşkilatçılığı ilə 31 may 2023-cü il tarixində Xızı rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə tədbir təşkil olunub. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin müəllim və şagird kollektivi  iştirak edib.

Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində təşkil olunmuş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fazil Məmmədov “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik edərək onlara göstərilən diqqət və qayğıdan danışmışdır. O qeyd etmişdir ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov uşaqları təbrik edərək bildirdi ki,  Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Dövlət başçımız İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.Onun Sərəncamı ilə 2009-cu ilin “Uşaq İli” elan edilməsi bu sahəyə diqqətdən xəbər verir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir.Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı və əyləncəsini təşkil etmək üçün mövcud şərait yaradılıb. Rayonumuzda uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Tədbir uşaqlar üçün təşkil olunmuş xüsusi konsert proqramı ilə davam edib.

Keçidlər