Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" adlı tədbir keçirilib.

14 iyul 2023 | 12:27

     14 iyul 2023-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin və Xızı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı tədbir təşkil olunub. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının, Xızı Rayon Gənclər və İdman İdarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin əməkdaşları, rayon ziyalıları və gənclər  iştirak edib.

     Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbbərlik etdiyi ötən əsrin 70-80-cı illəri həm iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi, həm də elmin, təhsilin, misilsiz tərəqqisi illəri kimi  yaddaşlarda qalıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması və inkişaf etdirilməsi yolunda sarsılmaz fəaliyyətindən, onun müdrik siyasəti və dönməz əqidəsindən  bəhs edib.

    Tədbirdə bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, 1969-1982-ci illəri əhatə edən Azərbaycana rəhbərliyinin birinci dövründə həyatımızın bütün sahələrində aparılmış köklü islahatlar və dəyişikliklərdən bəhs edən geniş çıxışlar dinlənilib. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.

Keçidlər