Xızı rayonunda 2 fevral - Gənclər günü ilə bağlı tədbir keçirilmişdir.
31 yanvar 2025-ci il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayon üzrə gənclərlə iş sektorunun və YAP Xızı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "2 fevral - Gənclər günü" ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə rayonun elm, mədəniyyət, təhsil, ictimai, elmi-pedaqoji fəaliyyət sahəsində fərqlənən qabaqcıl gəncləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatşısı Abdulla Hüseynov Ümummilli lider Heydər Əliyevin, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin gənclərimizə verdiyi xüsusi əhəmiyyət və qiymət barədə ətraflı məlumat vermişdir. Qeyd etdi ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaradaraq onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirmişdir. Sabahımız, gəncliyimiz olan Azərbaycan gəncliyi hər zaman bu diqqət və qayğını yüksək qiymətləndirmişdir. Çıxışlarda Gənclərin Vətən və dövlət qarşısında məsuliyyətini dərk etməsi və respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışması xüsusi vurğulanmışdır.
Daha sonra “2 fevral – Gənclər günü” nə həsr edilmiş video-slayd nümayiş etdirilmişdir.
Sonda rayon ərazisində müxtəlif sahələrdə öz fəaliyyətlərinə görə seçilmiş bir qrup gəncə Fəxri Fərmanlar verilmişdir.