Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “2 İyul - Azərbaycan Polisi Günü” qeyd edilmişdir.

02 iyul 2024 | 12:30

Xızı rayonunda “2 İyul - Azərbaycan Polisi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Faiq Hüseynov, Xızı rayon Prokuroru Xəyalə Aslanova, RPŞ-nin əməkdaşları iştirak etmişlər.

     İştirakçılar öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xızı şəhərində adını daşıdığı parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

  Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov əlamətdar bayram münasibəti ilə polis işçilərini təbrik edib, Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, onun layiqli davamçısı prezident cənab İlham Əliyevin Daxili İşlər Nazirliyinə diqqət və qayğısından söhbət açıb, dövlətçiliyimizin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi müqəddəs işlərində polis işçilərinə uğurlar arzulayıb.

Keçidlər