Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.

02 dekabr 2025 | 16:03

Xızı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 2 dekabr 2025-ci il tarixində Xızı rayonunda “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Xızı rayonu üzrə hüquq-mühafizə, idarə, müəsissə və təşkilat, yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin, Xızı Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin, tam orta ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə Xızı rayonunda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işlərinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili, rayon ərazisində yarana biləcək təbii fəlakətlər zamanı kompleks tədbirlərin həyata keçirilməsi, problemlər, qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılmışdır.

Qeyd edilmişdir ki, hadisələrin baş verməsi təhlükəsinin azaldılması, fövqəladə hadisələrin qarşısını almaq, onların baş verəcəyi hallarda isə insanların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılması üçün əvvəlcədən tədbirlər həyata keçirmək, fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması - insanların həyatının xilas edilməsi, fövqəladə hadisələrin yayılmasının qarşısının alınması, belə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlər mülki müdafiə xidmətinin üzərinə düşən vəzifələrdəndir.

Mövzu ətrafında məruzələr dinlənilmiş, müşavirə iştirakçıları ilə interaktiv müzakirələr keçirilmişdir.

Keçidlər