Xızı rayonunda "27 sentyabr-Anım Günü" ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
18 sentyabr 2025 | 15:08
18 sentyabr 2025-ci il tarixdə Xızı şəhərinin giriş hissəsində “27 sentyabr - Anım Gününün” beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planı çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayon idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Aksiya çərçivəsində Xızı rayonunda 450 ədəd həmişəyaşıl eldar şamı, tuya və sərv ağacları əkilmiş, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. Ağacəkmə aksiyasında 50 nəfər iştirak etmişdir.






