Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda "27 sentyabr-Anım Günü"ndə şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi

27 sentyabr 2025 | 12:50

27 sentyabr-Anım Günündə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmiş, yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz  xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra rayonun yaşayış məntəqələrində şəhidlərimizin məzarları ziyarət olunmuş, əziz  xatirələri ehtiramla yad edilmişdir.

Bütün Respublika ərazisində olduğu kimi Xızı rayonunda da Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.

Keçidlər