Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda 27 sentyabr-Anım Günündə şəhidlərin əziz  xatirəsi ehtiramla yad edilmişdir

27 sentyabr 2024 | 16:25

27 sentyabr-Anım Günündə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmiş, yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz  xatirəsini ehtiramla yad etmişlər.

Anım mərasimində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək qeyd etmişdir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi daim yaddaşlarda qalacaq. Sitat: "Məhz onların göstərdiyi şücaət nəticəsində torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində böyük qələbə qazandı. Şəhidlərimizin qanı yerdə qalmadı.

 Daha sonra şəhid anası öz çıxışında şəhədlərimizə rəhmət oxuyaraq onların qanının yerdə qalmamasına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə bütün şəhid ailələri adından təşəkkürünü bildirdi.

Bütün Respublika ərazisində olduğu kimi Xızı rayonunda da Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.

Keçidlər