Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “28 May – Müstəqillik Günü şanlı tariximizin parlaq səhifəsidir” adlı tədbir keçirilmişdir.

24 may 2024 | 17:38

24 may 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xızı rayonu Heydər Əliyev Mərkəzinin konfrans zalında  “28 May – Müstəqillik Günü şanlı tariximizin parlaq səhifəsidir” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, idarə müəssisə və təşkilatların əməkdaşları, ziyalılar iştirak etmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Xızı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov müsəlman Şərqinin və Türk dünyasının ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirmiş, öz ərazi bütövlüyünü təmin etmiş müstəqil azərbaycan xalqının, məhz  bu günü xüsusi təntənə ilə qeyd etdiyini diqqətə çatdırmışdır.  106 yaşı olan Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini bildirmişdir.

Tədbirdə Azərbaycan xalqının istiqlal mübarizəsi tarixindən, bu mühüm tarixi və ictimai-siyasi hadisənin dövlət quruculuğu təcrübəsində, milli yaddaşda yeri və rolunundan bəhs edən geniş çıxışlar dinlənilmişdir.  

Sonda Şərqin ilk parlamentli, demokratik, dünyəvi dövlətinin və xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu müstəqilliyimizin keçdiyi tarixi inkişaf yolundan bəhs edən video-kompozisiya nümayiş etdirilmişdir.   

Keçidlər