Xızı rayonunda "28 May – Müstəqillik günü”nə həsr olunmuş atletika idman növünün kros qaçışı üzrə rayon birinciliyi keçirilib.
23 may 2024 | 17:49
23 may 2024-cü il tarixində Xızı şəhərində "28 May – Müstəqillik günü”nə həsr olunmuş atletika idman növünün kros qaçışı üzrə ümumtəhsil müəssisələri arasında Xızı rayon birinciliyi keçirilib.
Tədbirin təşkilində məqsəd rayonda atletika (kros) idman növünün təbliği, bu idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Birinciliyin qalib və mükafatçıları Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin diplomu ilə təltif olunub.