Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “28 May – Müstəqillik tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilmişdir.

26 may 2023 | 14:34

26 may 2023-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xızı rayonu Heydər Əliyev Mərkəzinin konfrans zalında  “28 May – Müstəqillik tariximizin şanlı səhifəsidir” adlı tədbir təşkil olundu. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Xızı Rayon Gənclər və İdman İdarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Xızı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov müsəlman Şərqinin və Türk dünyasının ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdi, öz ərazi bütövlüyünü təmin etmiş müstəqil azərbaycan xalqının, məhz  bu günü xüsusi təntənə ilə qeyd etdiyini diqqətə çatdırdı.  105 yaşı olan Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini bildirdi.

Tədbirdə Azərbaycan xalqının istiqlal mübarizəsi tarixindən, bu mühüm tarixi və ictimai-siyasi hadisənin dövlət quruculuğu təcrübəsində, milli yaddaşda yeri və rolunundan bəhs edən geniş çıxışlar dinlənildi.  

Tədbirdə Şərqin ilk parlamentli, demokratik, dünyəvi dövlətinin və xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu müstəqilliyimizin keçdiyi tarixi inkişaf yolundan bəhs edən video-kompozisiya nümayiş etdirildi.   

            Sonda, məktəblilərin  ifasında vətənpərvərlik mövzusunda şeirlər deyildi,  vətən sevgisi, dövlət və millətə bağlılığı tərənnüm edən mahnılar oxundu.

Keçidlər