Xızı rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişi qeyd olunub.
30 dekabr 2025 | 14:43
30 dekabr tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişinə həsr olunmuş “Milli Həmrəylik və Yeni il” adlı musiqili konsert proqramı təşkil olunub.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir konsert proqramı ilə davam edib.






