Xızı rayonunda "8 Noyabr-Zəfər Günü" ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
04 noyabr 2025 | 12:23
4 noyabr 2025-ci il tarixdə Xızı şəhərinin giriş hissəsində “8 Noyabr-Zəfər Günü”nün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planı çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, rayon idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Aksiya çərçivəsində Xızı rayonunda 400 ədəd həmişəyaşıl eldar şamı, tuya və sərv ağacları əkilmiş, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. Ağacəkmə aksiyasında 50 nəfər iştirak etmişdir.






