Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir təşkil olunub.

07 noyabr 2023 | 12:33

07 noyabr 2023-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir təşkil olunub.

Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunmuş tədbirdə Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə gənclər və idman sektorunun, Xızı Rayon İcra Hakimiyyətinin və rayonun idarə,müəssisə və təşkilatlarının əməkdaşları, rayon ziyalıları və gənclər iştirak ediblər.

            Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov, ilk öncə, tədbir iştirakçılarını ölkəmizin müstəqillik yolunda qazandığı uğurların zirvəsini fəth etmiş 8 Noyabr –  Zəfər Günü münasibəti ilə təbrik etdi. Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısında xidmətlərindən geniş bəhs edən A.Hüseynov qeyd etdi ki, Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılmış tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevirməsi yolunda sarsılmaz fəaliyyətindən, hazırda onun siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşündə qazandığı inanılmaz uğurlardan, həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycanın yüksəliş və inkişafı, milli maraqlarının qorunması,  ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasından bəhs edən geniş çıxışlar dinlənildi.

Sonda müstəqil dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş video-çarx nümayiş etdirildi.

Keçidlər