Xızı rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində 03.04.2024-cü il tarixində Xızı rayon Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, Xızı rayon Prokuroru Xəyalə Aslanova, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamaq, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.
Xızı rayonunda keçirilmiş aksiyada 470 ədəd həmişəyaşıl tuya və sərv ağacları əkilmiş, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. Ağacəkmə aksiyasında 75 nəfər iştirak etmişdir.