Xızı rayonunda “Aprel döyüşləri” Zəfərə aparan yol! adlı tədbir keçirilib
03 aprel 2026-cı il tarixində Xızı Rayon İcra Hakimiyyətinin, YAP Xızı rayon təşkilatının, Qərbi Azərbaycan İcması Xızı rayon təşkilatının və Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin Xızı rayonu üzrə gənclər və idman sektorunun, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin, birgə təşkilatçılığı ilə R.İsmayılov adına Xızı şəhər tam orta məktəbində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Aprel döyüşləri” Zəfərə aparan yol” adlı tədbir keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqələik sükütla yad edilib.
Tədbiri giriş sözü ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov açaraq bildirdi ki, Aprel döyüşləri Azərbaycan tarixində dönüş nöqtəsi və 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolun başlanğıcı olub. Bu döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, Azərbaycan xalqının sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Aprel döyüşləri bir daha göstəridi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, torpaqlarının azad olunması uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək. O, həmçinin vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini yaşatmaq, onların ömür yolunu gələcək nəsillərə tanıtmaq, ideallarını qorumaq, bizə əmanət etdikləri ailələrinin və övladlarının yanında olmaq hər birimizin mənəvi borcudur. Onlar təkcə bir ailənin yox, bütün Azərbaycan xalqının övladıdır.
Daha sonra bu günün tarixi və qazanılmış şanlı zəfərdən bəhs edilən çıxışlarda qeyd olundu ki, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillər üçün vətənpərvərlik məktəbinə çevriləcəkdir. Onların qəhrəmanlığı,fədakarlığı sayəsində bayrağımız dalğalanır. Biz şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə şəfa və sağlam həyat arzulayırıq.
Tədbirin sonunda Aprel döyüşlərinə həsr olunmuş videoçarx və R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin şagirdlərinin hazırladığı şeirlərdən ibarət kompozisiya təqdim edilib. Eyni zamanda Aprel döyüşlərinin şəhidi, Xızı rayonunun Giləzi qəsəbə sakini şəhid Ravil Novruzovun ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.






