Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Aqrar Biznes Festivalı keçirilmişdir.

28 iyun 2024 | 17:10

28 iyun 2024-cü il tarixdə Xızı rayon Heydər Əliyev Mərkəzinin önündə Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya mərkəzi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsi, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi üzrə metodik və praktik dəstək xidmətininin həyata keçirilməsi və aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilmişdir.

Festivalın açılışında çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Aqrar Biznes Festivalının keçirilməsinin əhəmiyyətindən danışmış, tədbirin əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalarına əlçatanlığının təmin edilməsi olduğunu bildirmişdir.

Sonra isə festivalda sərgilənən innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlara, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan kiçik və orta sahibkarların, şirkətlərin məhsullarına baxış keçirilmişdir.

Keçidlər