Xızı rayonunda “Dənli və texniki bitkilərin yayılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və yanğın təhlükəsizliyində mövcud problemlərin həlli yolları” mövzusunda müşavirə keçirilmişdir.
16 may 2024-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında “Dənli və texniki bitkilərin yayılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və yanğın təhlükəsizliyində mövcud problemlərin həlli yolları” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Xızı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zabil Məlikov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı Təbliğat şöbəsinin böyük təlimatçısı Rövşən Bəkirov , Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Məhəmməd Qarabəyov , rəis müavini Nicat Məmmədov və şöbə rəisi Zabit Dünyamalıyev , Xızı Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar nazirliyinin Xızı rayon bölməsinin əməkdaşları iştirak etmişdir. Müşavirədə taxıl tədarükünün iqtisadiyyatımızda gündəmdə olan prioritet sahələridən, taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində həyata keçirilən stateji əhəmiyyətli məsələlərdən, biçinə hazırlıq dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlərdən, dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyi tədbirlərindən eyni zamanda məhsul yığımı dövründə yanğın təhlükəsizliyi tədbirlərindən bəhs edən geniş çıxışlar dinlənilmişdir.