Xızı rayonunda “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi", "Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” və "Ünsiyyət bacarıqlarının İnkişafı" mövzularında təlim keçirilib.
12-14 avqust 2026-cı il tarixlərində Xızı Rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən dövlət qulluğunda çalışan şəxslər üçün “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi", "Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” və "Ünsiyyət bacarıqlarının İnkişafı" mövzularında təlim keçirilib.
Təlim zamanı Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara dövət qulluğunda vəzifələrin vakansiyaya çıxarılması qaydaları, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibənin növləri, ehiyat kadrlar sistemi və onun idarə edilməsi, ehtiyat kadrların dövlət qulluğu vəzifələrinə təyin edilməsi, peşəkar kommunikasiya, onun növləri və prinsipləri, peşəkar kommunikasiya zamanı yaranan çətinliklər və həlli yolları, komanda işinin mahiyyəti və komanda işində yaranan disfunksiyalar kimi yarımbaşlıqlar ətrafında məlumatlar verdi.






