Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim keçirilmişdir.

07 oktyabr 2023 | 15:42

07.10.2023-cü il tarixində "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü və Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Korrupsiyay qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planının həyata keçirilməsinə yardım göstərilməsi və dövlət qulluqçularının antikarrupsiya qanunvericiliyi, korrupsiya riskləri və onların idarə olunması, etik davranış qaydaları, bu qaydaların praktikada tətbiqi sahəsində elmi-nəzəri biliklərin inkişaf etdirilməsi, praktik bacarıqların artırılmasına dəstək verilməsi məqsədilə Xızı rayon Heydər Əliyev Mərkəzində dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim keçirilib. Təlimdə rayonda fəaliyyət göstərən rəhbər vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak edib, Korrupsiya hallarını yaradan səbəblər, onların doğurduğu nəticələr barədə geniş fikir mübadiləsi aparılıb.

Keçidlər