Xızı rayonunda “Dövlət qulluqçularının peşə bayramı” günü qeyd olunub
Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Cənab Prezident tərəfindən “Dövlət qulluqçularının peşə bayramı” gününün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsi dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir.
BMT Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi və dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu nəzərə alınaraq 23 iyun tarixi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Azərbaycanda “Dövlət qulluqçularının peşə bayramı” günü kimi təsis olunub.
23 iyun 2023-cü il tarixində “Dövlət qulluqçularının peşə bayramı” günü münasibətilə Xızı Rayon İcra Hakimiyyətinin kollektivi Ulu Öndər Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov dövlət qulluğunda çalışanları peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək onlara işlərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.