Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

21 sentyabr 2023 | 15:41

      21.09.2023-cü il tarixdə Xızı Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Xızı rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, rayon ziyalıları,iştirak edib.

      Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilib. 1994-cü il 20 sentyabrda dünyanın 7 ölkəsinin böyük neft şirkətləri ilə imzalanan “Əsrin Müqaviləsi” ölkəmizin dünya xəritəsində mövqeyini möhkəmləndirib.Bu müqavilə təkcə neft sahəsində deyil digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə olan marağını artırıb. Qeyd olunub ki,2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub.Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi yolunda ”Əsrin müqaviləsi” Ulu Öndərin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft kəməri dahi şəxsiyyətin ikinci şah əsəridir

     Tədbirdə Azərbaycana rəhbərliyinin birinci və ikinci dövründə Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafından, həyatımızın bütün sahələrində aparılmış köklü islahatlar və dəyişikliklərdən bəhs edən geniş çıxışlar dinlənildi.

      Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Keçidlər