Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Kənd Turizminin İnkişafına Dəstək” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.

21 avqust 2024 | 16:08

20 avqust 2024-cü il tarixində Xızı Rayon Asim Abdullayev adına Altıağac qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kənd Turizminin İnkişafına Dəstək” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları, işçi qrupunun üzvləri, Xızı rayon sakinləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini Sənan Əlibəyov tədbir iştirakçılarını salamladıqdan sonra bildirmişdir ki, ölkəmizdə iqtisadiyyatın digər sahələrində olduğu kimi turizm sektoru da müxtəlif istiqamətlər üzrə - ekoturizm, kənd turizmi və s. inkişaf edir. Kənd turizmi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsinin məqsədi bu qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqini təşviq etməkdir.
Layihənin eksperti Taleh Əliyev layihə haqqında məlumat verərək bildirmişdir ki, layihə çərçivəsində kənd turizminin inkişaf potensialı olan regonlarda tədbirlər təşkil etməkdə məqsəd turizmin bu sahəsinin ölkəmizdə daha geniş təşəkkül tapmasına Azərbaycan vətəndaş cəmiyyətinin də töhfəsini verməkdir. Eyni zamanda, Altıağac qəsəbəsində turizmin inkişafı üçün potensial imkanlar barədə geniş məlumat verilmişdir. Sonda layihənin eksperti Taleh Əliyev kənd sakinlərinin suallarını cavablandırmışdır. Görüşdə, həmçinin gələcəkdə Altıağac kənd turizminin inkişafı üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi qərara alınmışdır.

Keçidlər