Xızı rayonunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.
02 may 2024 | 16:12
02 may 2024-cü il tarixində Xızı rayonu Altıağac qəsəbəsi əzazisində "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.
Təlimə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi, Xızı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, rayonun xidmət təşkilatlarının mülki müdafiə qərargahları, Qızıl Aypara Cəmiyyətinin könüllüləri cəlb edilmişdir.
Əməli məşq zamanı rayonun mülki müdafiə qüvvələrinin aidiyyəti orqanlarla koordinasiyalı şəkildə fəaliyyətinə və fövqəladə hadisələr vaxtı birgə işin aparılmasına hazırlığa xüsusi diqqət yetirilmişdir.