Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “Milli Dirçəliş və Heydər Əliyev irsi” adlı tədbir keçirilib.

11 iyul 2025 | 16:13

 11 iyul  2025-ci il tarixində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xızı Rayon heydər Əliyev Mərkəzində   Xızı Rayon İcra Hakimiyyətinin,  Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının  və Xızı Rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə   Ulu Öndər Heydər Əliyevin rəhbərliyinin birinci dövrünə həsr olunmuş  “Milli Dirçəliş və Heydər Əliyev irsi”  adlı tədbir  keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin YAP Xızı rayon təşkilatının  gənc  partiya fəalları iştirak edib.

 

      İlk öncə Ulu öndərin adını daşıdığı Mərkəzə ekskursiya təşkil olunaraq, iştirakçılara müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında stendlər üzərində geniş məlumat verilib.  

 

      Daha sonra tədbirin rəsmi hissəsi Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.  Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirdi ki, Ulu Öndərimiz birinci dəfə hakimiyyətə gələndə  - 60-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül yaşayırdı. O zaman  məhz Heydər əliyevin gəlişi ilə cəmiyyətin bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. O, qeyd etdi ki, Azərbaycan tarixinin 1969-cu uldən bəri yaşanan dövrü Hüydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizdə tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.

 

     Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanmasından, eyni zamanda Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərindən,  bütövlükdə Azərbaycan xalqının  azadlıq və müstəqillik arzularının gerçəkləşməsindən bəhs ediblər.

Keçidlər