Xızı rayonunda “Milli dövlətçiliyin möhkəmləndirilməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir.
08.08.2024-cü il tarixdə Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin, YAP Xızı Rayon Təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı Regional bölməsinin birgə təşkilatçılığı, rayon ictimaiyyətinin və din xadimlərinin iştirakı ilə “Milli dövlətçiliyin möhkəmləndirilməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı Regional bölməsinin müdiri Yalçın Abdullayev, YAP Xızı Rayon Təşkilatının sədr müavini Ümman Rüstəmli, rayon ziyalıları, din xadimləri, gənclər iştirak edib.
Tədbir vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb. Daha sonra Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov ölkəmizdə mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq ideologiyası və onun mahiyyəti haqqında məlumat verərkən bildirdi ki, bu ideologiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulub və bu gün də xalqımız bu ideologiya ətrafında sıx birləşib.Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı Regional bölməsinin müdiri Yalçın Abdullayev Azərbaycanda dövlətçilik ənənələrinin qorunub saxlanılması və inkişafı prosesindən, Azərbaycançılıq ideyasının yaranma tarixindən, milli-mənəvi dəyərlərin dövlətçiliyin inkişafında rolundan və əhəmiyyətindən bəhs edib. Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində apardığı uğurlu siyasətdən bəhs edən geniş çıxışlar dinlənilib.
Tədbirdə “Ulu öndər və din siyasəti “ mövzusunda video çarx nümayiş etdirilib.