Xızı rayonunda "Milli Qurtuluş Günü - Sabitliyin və Uğurlu Gələcəyin Təməli” adlı tədbir keçirilib.
12 iyun 2026 | 14:27
12 iyun 2026-cı il tarixində Xızı rayonunda "Milli Qurtuluş Günü - Sabitliyin və Uğurlu Gələcəyin Təməli” adlı tədbir təşkil olunub. İlk öncə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Hüquq mühafizə orqanlarının rəhbərləri, Xızı Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları Ulu Öndər Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Heydər Əliyevin adını daşıyan mərkəzi parkda təntənəli konsert proqramı ilə davam edib.






