Xızı rayonunda "Milli Qurtuluş Günü - Tarixin Şanlı Səhifəsi” adlı tədbir keçirilib
15 iyun 2025 | 12:56
15 iyun 2025-ci il tarixində Xızı rayonunda "Milli Qurtuluş Günü - Tarixin Şanlı Səhifəsi” adlı tədbir təşkil olunub. İlk öncə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Heydər Əliyevin adını daşıyan mərkəzi parkda təntənəli konsert proqramı ilə davam edib.






