Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda "Milli ruhda tərbiyə yeni müstəvidə" mövzusunda tədbir keçirilib.

10 oktyabr 2025 | 10:30

   "Konstitusiya və Suverenlik ili" çərçivəsində Xızı rayonunda "Milli ruhda tərbiyə yeni müstəvidə" mövzusunda tədbir keçirilib.
   10 oktyabr 2025- ci il tarixində Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində Xızı Rayon İcra Hakimiyyətinin və Sosial - Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Milli ruhda tərbiyə yeni müstəvidə" mövzusunda tədbir keçirilib. Tədbirdə Xızı şəhər tam orta məktəbinin yuxarı sinif şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edib.
Çıxış edənlər bildiriblər ki, vətənpərvərlik ali hissdir. Vətən övladı hayatının har anında bu hissi ifadə etməlidir. Bu hissi Vətəninin üzərini qara buludlar alanda elini, xalqını sevən övladların ayağa qalxmasında görmüşük. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.
   Milli-mənəvi dəyərlərin mahiyyətini onun çalarlarının böyüyən nəsillərə aşılamaqda ailə və məktəb əvəzsiz qüvvədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Həm müəllimlər, həm də valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidir ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu bizim gələcəyimiz üçün əsasdır".

   Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Keçidlər